Vaxt.Az

9-cu sınaq


 

Ən güclü raket 30 dəqiqədən sonra nəzarətdən çıxdı

9-cu sınaq Milyarder iş adamı və ABŞ prezidenti Donald Trampın müşaviri İlon Maska məxsus kosmik nəqliyyat şirkəti “SpaceX” özünün ən güclü kosmik raketi “Starship”in 9-cu uçuş sınağını həyata keçirib. Səkkiz süni “Starlink” peyki daşıyan “Starship” raketi Bakı vaxtı ilə saat 03:36-da ABŞ-ın Texas ştatında yerləşən “Starbase” raket bazasından uğurla buraxılıb.

***

Raketin təkrar istifadə edilə bilən birinci mərhələ gücləndiricisi “Super Heavy” buraxıldıqdan sonra okeana sərt eniş edərkən, səyahətinə davam edən “Starship” raketi yük qapısının açılmaması səbəbindən səkkiz “Starlink” peykini orbitə yerləşdirə bilməyib. Daha sonra, “Starship”in bəzi yanacaq çəni sistemlərində sızma səbəbiylə raketin hündürlük problemi yaşadığı bildirilib.

***

“SpaceX”dən verilən açıqlamada, buraxıldıqdan təxminən 30 dəqiqə sonra raketlə əlaqənin kəsildiyi və kosmik qurğunun tez və planlaşdırılmadan parçalandığı deyilib.

***

“SpaceX”in növbəti uçuş sınağı üçün hazırlıqlarını davam etdirəcəyi vurğulanıb və "Bu tip sınaqda müvəffəqiyyət öyrəndiklərimizdən qaynaqlanır: “SpaceX” həyatı çox planetli etmək üçün çalışdığına görə bugünkü sınaq “Starship”in etibarlılığını artırmağa kömək edəcək”.

Son sınaq uçuşunun indiyə qədər müəyyən edilmiş texniki çatışmazlıqların aradan qaldırılmasına və “Starship”in performans inkişaf işlərinə töhfə verəcəyi deyilir.

***

“Starship”in 7-ci və 8-ci uçuş sınaqları da uğurla başladı və “Super Heavy” gücləndirici buraxılışdan sonra planlaşdırıldığı kimi Yerə qayıtdı. Bununla belə, “Starship” raketi hər iki cəhddə buraxıldıqdan təxminən 10 dəqiqə sonra havada parçalandı.

ABŞ-ın kosmik nəqliyyat şirkəti “SpaceX”ə məxsus 122 metr uzunluğundakı nəhəng “Starship” raketi dünyanın ən böyük və ən güclü kosmik raketi kimi tanınır. “Starship”in Yer orbitinə, Aya və Marsa yük və insanların daşınması məqsədi ilə hazırlandığı bildirilir.

 





28.05.2025    çap et  çap et