Vaxt.Az

Ukraynadan PUA hücumuna cavab


 

Moskvanın iki hava limanında uçuşlar dayandırılıb

Ukraynadan PUA hücumuna cavab Ukrayna Rusiyaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Rusiya hakimiyyəti paytaxt Moskva vilayətinin Vnukovo və Jukovski hava limanlarında hücum səbəbilə uçuşların dayandırıldığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi, Ukrayna tərəfindən atılan 112 PUA-nın gecə yarısından əvvəl 3 saat ərzində altı fərqli bölgəni hədəf aldığını açıqlayıb.

***

Rusiya rəsmilərinin açıqlamasına görə, hava hücumundan müdafiə sistemləri Ukraynanın atdığı PUA-ları məhv edib. Rusiya da 3 gün ərzində Ukrayna şəhərlərinə irimiqyaslı PUA və raket hücumları həyata keçirib, Ukrayna isə ötən həftə Moskvaya oxşar PUA hücumları dalğasına başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bazar ertəsi səhər saatlarında başa çatan PUA hücumlarında 900-dən çox PUA-dan istifadə etdiyini açıqlayıb.

Moskva qubernatoru Sergey Sobyanin “Telegram”da Ukraynanın ötən gecə həyata keçirdiyi hücumlarla bağlı bildirib ki, Müdafiə Nazirliyinin bölmələri Moskvaya doğru gələn 27 PUA-nı “geri qaytarıb”. Sobyanin hadisədə hər hansı dağıntı, ölən və ya yaralanan olub-olmaması ilə bağlı məlumat verməsə də, qrupların PUA hissələrinin düşdüyü ərazilərdə araşdırmalar apardığını bildirib.

***

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya qüvvələri dünən yerli vaxtla saat 21:00-00:00 arasında 112 PUA-nı zərərsizləşdirib. Açıqlamada bu PUA-lardan 59-nun Ukrayna sərhədindəki Bryansk vilayətində ələ keçirildiyi bildirilib.

Bryansk vilayətinin qubernatoru hücumda ölən və yaralananların olmadığını, lakin hücumda bir ev və 6 avtomobilin zərər gördüyünü bildirib.

Polşa sərhədi yaxınlığındakı Smolensk vilayətinin qubernatoru da 11 PUA-nın vurulduğunu və insident nəticəsində ölən və yaralananların olmadığını bildirib.

 





28.05.2025    çap et  çap et