Vaxt.Az

“Legitim deyil”


 

Livan “Hizbullah”ı “qanunsuz silahlı təşkilat” adlandırdı

“Legitim deyil” Livanın xarici işlər naziri Yusuf Recci “Hizbullah”ı qeyri-qanuni və qeyri-legitim təşkilat kimi qiymətləndirib.

Xarici işlər naziri Recci “əl-Qüds əl-Ərəbi” qəzetinə verdiyi açıqlamada “Hizbullah” terror təşkilatının baş katibi Nəim Qasimin “ordu, xalq və müqavimət” tənliyi ilə bağlı sözlərinə cavab verib.

Qasimin istədiyini deyə biləcəyini ancaq “Livan xalqının artıq belə bir karton üçlüyü istəmədiyini” ifadə edən Recci, “Livan dövləti öz suverenliyini bazarlıq predmeti etməyəcək. Bu o deməkdir ki, “Hizbullah” qeyri-qanuni silahlı bir təşkilatdır və legitim deyil”.

Recci “Hizbullah”a müraciət edərək onları silahlarını təslim etməyə və öz əqidələri ilə siyasi partiya yaratmağa çağırıb və “Hizbullah”ın ona qarşı tutduğu mövqe ilə bağlı bu sözləri deyib: “Onların sizə hücum etməsinin konkret səbəbi var və o da sizin dediklərinizi bəyənməmələridir. Bu ölkədə nə olursa olsun, silahın dövlət monopoliyasında olmasını istəmirlər”.

Dövlət rəsmiləri, xüsusilə Livan prezidenti Cozef Aun və baş nazir Navaf Salam, İsraillə atəşkəs razılaşmasının 27 noyabrda qüvvəyə minməsindən sonra “Hizbullah”ı tərksilah etmək qərarının verildiyini dilə gətirirlər.

Bununla belə, “Hizbullah”ın baş katibi Naim Qasim “ordu, xalq və müqavimət” bərabərliyinə işarə edərək, İsrailin cənubdakı bəzi məntəqələrdə davam edən işğalına, ölkəni hədəf alan pozuntulara son qoyulması, saxladığı məhbusların azad edilməsi kimi tələblərə toxunur.

 





28.05.2025    çap et  çap et