Vaxt.Az

Husilərin sonuncu təyyarəsi vuruldu


 

İsrail ordusu Səna Hava Limanını bombardman edib

Husilərin sonuncu təyyarəsi vuruldu İsrail Yəmənin Səna Beynəlxalq Hava Limanında husi yaraqlılarına məxsus hədəfləri vurduğunu və bu zaman qrupun son təyyarəsinin bu məhv edildiyini açıqlayıb.

İsrail Müdafiə Nazirliyi təyyarənin İranın dəstəklədiyi husilər tərəfindən istifadə edildiyini və qrupun İsrailə raket zərbələri endirməyə davam etdiyini bildirib.

Nazirlik, “Bu, aydın mesajdır və daha əvvəl bəyan etdiyimiz siyasətimizin birbaşa davamıdır. İsrailə atəş açan hər kəs ağır bədəl ödəyir”, – deyib. Husilərdən hələlik mövzu ilə bağlı heç bir açıqlama verilməyib.

Səna hava limanı ötən həftə İsrailin əvvəlki hücumlarından sonra müvəqqəti təmirdən sonra yenidən açılmışdı.

Bu, Birləşmiş Millətlər Təşkilatının təyyarələri tərəfindən istifadə edilən mərkəz və “Yemenia Airlines”a məxsus yeganə mülki təyyarə idi. Daha üç Yəmən təyyarəsi əvvəlki hücumlarda hədəfə alınmışdı.

 





28.05.2025    çap et  çap et