Gəmirici yerli Sana xəstəxanasında elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bunun necə baş verdiyi hələ də aydın deyil. “WDR”ə görə, heyvan yəqin ki, mərkəzi elektrik kabelini dişləyib. RTL xəbər verir ki, yanğınsöndürmə briqadası sözçüsü siçovulun iki barı əzdiyinə ehtimal edib. Nəticədə siçovul dövrələri bağlamış və qısaqapanmaya səbəb olub.
***
Saat 23:00 radələrində transformator otağında qısaqapanma baş verib və elektrik enerjisi kəsilib. Fövqəladə hallar enerji sistemi də iflic oldu, yəni ventilyatorlar yalnız qısa müddətə batareya gücü ilə işləyə bilib.
Elektrik enerjisinin nə vaxt bərpa olunacağı bəlli olmadığından xəstəxananın tamamilə boşaldılmasına qərar verilib. 150 yanğınsöndürən altı reanimasiya xəstəsindən başlayaraq 89 xəstənin hamısını digər xəstəxanalara aparıb.
***
Oberberq rayonunun yanğınsöndürmə rəisi Culian Siger xüsusi əməliyyatdan danışıb. Yanğınsöndürənlər əməliyyatı səhər saatlarında başa çatdırıblar. Xəstələrin nə vaxt qayıda biləcəyi hələlik bəlli deyil.