Vaxt.Az

110 qutu siqaretlə tutuldu


 

Fransız senatora qaçaqmalçılıq ittihamı

110 qutu siqaretlə tutuldu Fransada Respublikaçılar Partiyasından olan senator Annik Petrus çamadanında 110 qutu qaçaq siqaretlə yaxalanıb. Hadisədən sonra Petrus “səhv etdim” deyərək cərimə ödəməyə razılaşıb.

4 may 2025-ci ildə Fransanın Sen-Martin adasını təmsil edən senator Annik Petrus Parisin “Ruassi-Şarl de Qoll” hava limanında çamadanında 110 qutu qaçaqmal siqaretlə tutulub.

Çamadanında təxminən 14250 avro dəyərində bəyan edilməmiş siqaret olan Petrus gömrük əməkdaşları tərəfindən tutulduqdan sonra 4900 avro cərimə ödəməyə razılaşıb.

***

Fransada qaçaqmalçılıq yolu ilə tütün daşımaq üç ilə qədər həbslə cəzalandırılır. Bununla belə, “Roissy Hava Limanı” üçün qüvvədə olan tənzimləmə sayəsində 150 ​​kartona qədər qaçaq yolla daşınma hallarında gömrük idarəsi ilə razılaşma əldə edilə bilər. Petrus da bu yolu seçib və cinayət mühakiməsi prosesinə getmədən malların üzərinə həbs qoyulmasını və cəriməni qəbul edib.

***

Hadisədən sonra sosial media hesabından açıqlama verən senator Petrus, "Bir tanışıma məxsus çantanı daşımağı qəbul edərək səhv etdim. Bölgəmizdə belə xidmətlər çox olur, amma daha diqqətli olmalıydım", – deyib. “Mediapart”a verdiyi açıqlamada o, Antil adalarında bu cür praktikaların adi olduğunu qeyd edib.

***

Əvvəllər ictimai sağlamlıq və təhlükəsizlik məsələlərində fəal işi ilə seçilən Annik Petrus, Saint-Martinin narkotik ticarətinə qarşı "müdafiəsiz" qaldığını bildirmiş və bölgədə daha çox gömrük işçisi tələb etmişdi. O, həmçinin daxili işlər naziri Bruno Retayonu adada artan cinayət nisbətlərinə görə tənqid etmişdi.

 





29.05.2025    çap et  çap et