İsveçrənin Valais kantonunun Lötschental vadisindəki Blatten adlı kənd buzlaqın Alp dağlarından qopması nəticəsində yaranan sürüşmə nəticəsində dağılıb.Səlahiyyətlilər bir nəfərin itkin düşdüyünü və 200 əhalisi olan kəndin ehtiyat tədbiri olaraq mayın 19-da boşaldıldığını açıqlayıb.
Kənd minlərlə ton palçıq və buzun altında qalıb.
Blatten Bələdiyyə Başçısı Matthias Bellwald sürüşmədən sonra mətbuat konfransında "Biz kəndimizi itirdik. Kənd dağıntılar altındadır. Yenidən inşa edəcəyik" deyib.
çap et