Vaxt.Az

“Pegasus”dan möhtəşəm yubiley kampaniyası


 

20 illiyini qeyd edən şirkət beynəlxalq uçuş biletlərini 1 avroya saldı

“Pegasus”dan möhtəşəm yubiley kampaniyası “Pegasus Hava Yolları” ESAS Holdinqə keçidinin 20-ci ildönümünü qeyd edib. Şirkət bu münasibətlə beynəlxalq aviabiletləri 1 Avro + vergilərdən başlayan qiymətlərlə satışa çıxarıb. Bu məhdud zamanlı kampaniya sərfəli səyahət planlaşdıran sərnişinlər üçün əla fürsət təqdim edib.

***

150 min yerlə məhdudlaşan kampaniyada müəyyən marşrutlara səyahət biletləri 1 Avrodan satışa çıxarılacaq. Lakin bu qiymətə vergilər daxil olmayacaq. “Pegasus”dan gələn bu yeni marşrutla səyahət həvəskarları mayın 28-29-da biletlərini bron etməli olublar.

***

Müvafiq kampaniyada biletlərin 28-29 may 2025-ci il tarixlərində alındığı halda, uçuşların 25 oktyabr 2025-ci il - 28 mart 2026-cı il tarixlərində həyata keçiriləcəyi paylaşılıb.

“Pegasus BolBol” üzvləri üçün qeyd olunan beynəlxalq marşrutlar üzrə “Light Paket” biletləri 1 Avro + vergilərdən başlayan qiymətlərlə satışa çıxarılıb. 150 min yerlik kampaniya biletlərini “flypgs.com” və “Pegasus Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkün olub.

***

Kampaniyaya baqajı daxil olmayıb. Yalnız oturacağın altına yerləşə bilən bir çantaya icazə verilib.

Kampaniyadan yararlanmaq istəyənlər qeyd olunan (28-29 may) tarixlərdə bilet alarkən “Pegasus BolBol” üzvü olmalı, hər bir qonaq sərnişin məlumatlarını daxil edərkən öz “Pegasus BolBol” üzvlük nömrəsini (üzvlüklə əlaqəli mobil telefon nömrəsi) daxil etməli idi. Kampaniya bu gün yekunlaşır.

 





29.05.2025    çap et  çap et