Vaxt.Az

“Dövlətçiliyi qorumaq üçün tarixi fürsətdir”


 

Paşinyanın sözləri Ermənistan müxalifətini narahat edib

“Dövlətçiliyi qorumaq üçün tarixi fürsətdir” Ermənistanın baş naziri Nikol Paşinyan 7 illik hakimiyyəti dövründə ölkəsini daha müstəqil və suveren etdiyini iddia edib. Ermənistan mətbuatı Paşinyanın açıqlamalarına reaksiya verib, ölkənin zəiflədiyini və ekzistensial təhlükələrlə üzləşdiyini yazıb.

Paşinyan bəyan edib ki, onun Azərbaycan və Türkiyə ilə bağlı siyasəti ermənilərə suverenliklərini inkişaf etdirmək, dövlətçiliyi həyata keçirmək və qorumaq üçün tarixi fürsət verib.

Lakin müxalifət liderləri Paşinyanın açıqlamalarına reaksiya verib, onu ələ salıblar.

Erməni mətbuatı Paşinyanın açıqlamalarının ölkənin suverenliyi və təhlükəsizliyi üçün fəlakət olduğunu yazıb.

Xəbərdə Azərbaycanın 2020-ci ildə Dağlıq Qarabağ müharibəsində qələbə çalması və daha sonra bölgəni geri almasına diqqət çəkilərək, Paşinyanın Bakıya güzəştə getməsinin Ermənistan üçün daha çox problem yarada biləcəyi bildirilib. Erməni müxalifətindən İşhan Sağatelyan Paşinyan və onun siyasi komandasını “anti-Rusiya” və “Türkiyəyönlü” siyasət yürütməkdə ittiham edib.

Keçmiş prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresindən Manukyan bildirib ki, Paşinyanın tək Azərbaycanın tələb etdiyi yeni Ermənistan konstitusiyasını qəbul etmək cəhdi ölkənin müstəqillik və suverenlik iddialarına istehzadır.

 





29.05.2025    çap et  çap et