AzVision.az-ın verdiyi xəbərə görə, buna səbəb Təhsil Nazirliyi ilə «Damla» rəhbərliyi arasında imzalanan icarə müqaviləsinin bitməsidir.
Nazirlik «Damla»nın rəhbərliyini
xəbərdar edilib ki, yerləşdikləri binanın icarə müqaviləsi yenilənməyəcək və
builki tədris ilinin sonunda bina boşaldılacaq.
Yataqxana rəhbərliyi isə nazirliklə
müzakirələrin davam etdiyini bildirir.
Təhsil Nazirliyinin aparat rəhbərinin
müavini Yaqub Piriyev ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki,
Azərbaycanın Memarlıq və İnşaat Universitetinin nəzdində olan «Damla»
yataqxanası boşaldılacaq və «Sabah» qruplarında təhsil alan regionlardan gəlmiş
tələbələr həmin yataqxanada məskunlaşacaqlar.
Qeyd edək ki, «Damla»nın Türkiyənin ayrı-ayrı bölgələrində də yataqxanaları var.