Vaxt.Az

Rusiya Belarus “Qarşısıalınmaz” göndərir


 

Kremlin fövqəlgüc hesab etdiyi raketlər 6 nüvə başlığı daşıya bilir

Rusiya Belarus “Qarşısıalınmaz” göndərir Rusiya lideri Putinin qarşısıalınmaz adlandırdığı “Oreşnik” raketləri 2025-ci ilin sonuna kimi Belarusda yerləşdiriləcək. Bəs oreşniklər nə dərəcədə təhlükəlidirlər?

Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib ki, Moskva 2025-ci ilin sonuna qədər Belarusa çoxlu sayda “Oreşnik” raketləri yerləşdirməyi planlaşdırır.

Rusiyanın fövqəlgücü kimi xarakterizə edilən “Oreşnik” qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə bilən orta mənzilli ballistik raketdir.

“Kyiv Independent”in məlumatına görə, hakimiyyətyönlü jurnalist Aleksandr Yunaşev Belarus prezidenti Aleksandr Lukaşenkonun Moskvadan 2024-cü ilin dekabrında Belarusa 10 “Oreşnik” raket kompleksinin yerləşdirilməsini xahiş etdiyini açıqlayıb.

“Onların yerləşdiriləcəyi yerlər artıq müəyyən edilib”, – Volfoviç bildirib.

***

2023-cü ilin mayında iki ölkə arasında imzalanan sazişdən sonra Moskvanın əsas müttəfiqi olan Belarusun öz ərazisində Rusiyanın taktiki nüvə silahlarına ev sahibliyi etdiyi bildirilir.

Lukaşenko 2023-cü ilin dekabrında bildirmişdi ki, Rusiya nüvə silahlarının Belarusa təhvil verilməsi oktyabrın əvvəlində tamamlanıb.

***

Rusiya prezidenti Vladimir Putin ötən il televiziya verilişində hava hücumundan müdafiə sistemlərinin saniyədə 2,5-3 kilometr sürətlə hücum edən “Oreshnik”in qarşısını ala bilməyəcəyini bildirib.

“Komsomolskaya Pravda” qəzetinə danışan müharibə eksperti Viktor Baranets deyib ki, “Oreşnik” raketi 3-6 döyüş başlığı daşıya bilir.

Rusiya Nüvə Qüvvələri Layihəsinin direktoru Pavel Podviq də “Ostorozhno Novosti” “Telegram” kanalında bildirib ki, “raketin uçuş məsafəsi Amerikanı deyil, praktiki olaraq bütün Avropanı təhdid edə bilər”.

***

Rusiya 21 noyabr 2024-cü ildə Ukraynanın Dnepr şəhərini “Oreşnik” raketi ilə vurub. “Oreşnik” raketi nüvə silahı daşımaq üçün nəzərdə tutulsa da, həmin hücum zamanı nüvə başlığı olmayıb.

Kiyev ilk dəfə Rusiyada hərbi hədəfdə ABŞ-ın təchiz etdiyi ATACMS raketlərindən uğurla istifadə etdikdən sonra Rusiya Ukraynaya qarşı Oreşnik raketi atmışdı. Moskva daha sonra Kursk və Bryansk vilayətlərindəki hədəflərə əlavə ATACMS hücumları təşkil etdiyini etiraf edib.

 





29.05.2025    çap et  çap et