Amerikanın məşhur qəhvə şəbəkəsinin keçmiş baş direktoru, milyarder Hovard Şultzun 180 milyon dollar dəyərində super lüks yaxtası Hollandiyanın Bubryuqqe şəhərindəki gəmiqayırma zavodunda təmirə aparılıb. Super lüks yaxta şəhər körpüsünün üstündən dar bir yerdən çətinliklə keçib.
Yaxta böyük ehtiyatla heç bir cızıq belə almadı kanal körpüsündən qarış-qarış keçə bilib. Uzunluğu 77, eni 11 metr olan yaxta dünyanın 183-cü ən böyük yaxtasıdır. “Pi” adlı yaxtada 12 qonaq yerləşir və sağlamlıq imkanları təklif olunur və şüşə dibli üzgüçülük hovuzu var. 18 ekipaj üzvü olan yaxtanın altında həmişə bir qarış su olmalıdır və bu, tez-tez yoxlanılır.
Lüks yaxta 7200 mil məsafə qət edə bilir və saatda təxminən 33 kilometr sürətə çata bilir.