Cənubi Koreyanın “Yonhap” Xəbər Agentliyi yanğınsöndürənlərə istinadən xəbər verir ki, təyyarə ölkənin cənubundakı Pohanq şəhərində qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə olduğu bildirilib.
***
Pohanq şəhər hökumətinin rəsmisi bildirib ki, qəza yerli vaxtla saat 13:50 radələrində baş verib.
Şərq sahilindəki dağlarda qəzaya uğrayan patrul təyyarəsinin göyərtəsində dörd nəfər olub. Təyyarənin qalıqları arasından iki cəsəd tapılıb.