Ağ Evin mətbuat katibi Karolin Livitt deyib ki, Amerikanın “LGBTQ Harvard məzunları” əvəzinə daha çox ustalara ehtiyacı var.
“Fox News”a danışan Livitt, ABŞ Prezidenti Donald Trampın Amerika dəyərlərini təbliğ edən və ölkədə ən çox ehtiyac duyulan bacarıqları öyrədən qurumlara, vergi ödəyicilərinə pul vermək istədiyini söylədi.
Livitt, Tramp administrasiyasının santexnik və elektrik ustalarına “LGBTQ məzunları”ndan daha çox dəyər verdiyini söylədi.
Livittin şərhləri Trampın Amerikanın ən qədim universiteti olan Harvarddan təqribən 100 milyon dollar vəsait çəkməyə çalışdığı bir vaxta təsadüf edir.