AzVision.az-ın məlumatına görə, bu barədə Fransa prezidenti gürcü həmkarı Georgi Marqvelaşvili ilə Tbilisidə keçirilən görüş zamanı bildirib.
«Bizim Rusiya məsələsində sərt
mövqeyimiz olmalıdır. Prezident seçkiləri baş tutmayacağı və ya Ukraynada vəziyyətin
yenidən gərginləşəcəyi təqdirdə ona qarşı sanksiyalar daha da
sərtləşdiriləcək», - deyə Olland vurğulayıb.
Öz növbəsində Georgi Marqvelaşvili separatçıların keçirdiyi referendumu tanımadıqlarını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.