Vaxt.Az

ABŞ-dan Çinə qadağa


 

Tramp təyyarə mühərrik hissələrinin ixracını dayandırıb

ABŞ-dan Çinə qadağa ABŞ prezidenti Donald Tramp mühüm təyyarə mühərrik hissələrinin və müxtəlif ABŞ texnologiyalarının Çinə ixracını dayandırıb.

“The New York Times” qəzetinin yazdığına görə, qərar Çinin yerli təyyarə sənayesini inkişaf etdirmək səylərinə ciddi təsir göstərə bilər.

Çin təyyarə istehsalçısı “Comac”, “C919” təyyarələri üçün “GE Aviation” tərəfindən istehsal olunan ABŞ mühərriklərindən asılıdır.

İki ölkə arasında ticarət müharibəsində Çin daha əvvəl tariflərin artırılmasına cavab olaraq “Boeing”in tədarüklərini dayandırmışdı, lakin danışıqlar yolu ilə razılığa gəldikdən sonra onları bərpa etdi.

“Bloomberg”ə danışan mənbələrə görə, ABŞ Ticarət Nazirliyi yarımkeçiricilərə nəzarətlə bağlı Çinə strateji ixracatı nəzərdən keçirir.

Mənbələr mövzu ilə bağlı “Bəzi hallarda, yoxlama davam edərkən şöbə mövcud ixrac lisenziyalarını dayandırıb və ya əlavə lisenziya tələbləri qoyub”.

“Bloomberg” keçən ay bildirmişdi ki, “Comac” bu il onlarla təyyarə istehsal etmək üçün mühərrik ehtiyatı yığır və qısamüddətli tədarük böhranı yaradır.

 





29.05.2025    çap et  çap et