Vaxt.Az

Şahzadə ölümdən döndü


 

Mariya Karolina motosiklet qəzası keçirdi

Şahzadə ölümdən döndü İtaliya kral ailəsinin üzvü olan şahzadə Mariya Karolina motosiklet qəzası keçirdikdən sonra reanimasiyaya yerləşdirilib.

Şahzadə Karlo di Borbone delle Due Sicilie və şahzadə Kamillanın böyük qızı, 21 yaşlı şahzadə Mariya Karolina mayın 28-i çərşənbə günü “Instagram” hesabında xəstəxanada çəkdirdiyi şəkilləri paylaşıb.

***

Baş verən uğursuz hadisəni izah edən şahzadə Mariya Karolina, ''Yaşadığım üçün özümü inanılmaz dərəcədə şanslı hiss edirəm. Bu qəzadan sağ çıxmağım bir möcüzə idi. Motosiklet sürərkən həmişə tam qoruyucu vasitələrdən, xüsusən də keyfiyyətli dəbilqədən istifadə edin. Bir dəbilqə həyatımı xilas etdi”, – deyib.

Şahzadə Mariya Karolinanın paylaşımında dəbilqə və boyunbağı ilə uzanmış vəziyyətdə çəkilmiş şəkillər də yer alıb.

Ömrünün çox hissəsini Paris, Monte Karlo və Romada keçirən gənc aristokrat qəzadan cəmi bir neçə gün əvvəl Monakoda bir tədbirə qatılmışdı.

Kral ailəsinin rəsmi saytı xəbər verir ki, bir çox xeyriyyə təşkilatlarında fəal iştirak edən Şahzadə “Passion Sea” adlı ekoloji layihənin səfiri kimi fəaliyyətini davam etdirir.

 





29.05.2025    çap et  çap et