Uçuş İngiltərənin qərbindəki Kotsvold hava limanında həyata keçirilib. Hava taksisi İngiltərədə yerləşən elektrik aviasiya şirkəti Vertical Aerospace tərəfindən hazırlanıb.
Bunun hava nəqliyyatında inqilab olduğu deyilir. Bildirilir ki, bu, elektrikli uçan taksinin Avropa hava məkanında ilk dəfə sınaqdan keçirilməsidir.
***
Uçuş zamanı toplanan 30 min məlumat uçan taksinin təhlükəsizliyini təmin etmək üçün tərtib edilib.
Şirkət 2028-ci ilə qədər uçan taksi üçün kommersiya sərnişin daşıma sertifikatı almağı hədəfləyir.
Şirkətin müştəriləri arasında “American Airlines” kimi böyük qlobal şirkətlər var.