***
“CBC News”un məlumatına görə, Manitoba Baş naziri Vab Kinyu mətbuata verdiyi açıqlamada, “Manitoba hökuməti meşə yanğınları ilə əlaqədar bütün ştatda fövqəladə vəziyyət elan edib”, – deyib.
Kinyu, 17 mindən çox insanın təxliyəsi üçün göstəriş verdiklərini və baş nazir Mark Karnidən yanğınlarla mübarizədə hərbi dəstək istədiklərini bildirdi.
***
Əyalətdəki “Manitoba Keewatinowi Okimakanak” təşkilatından verilən yazılı açıqlamada, təxliyə edilənlərin əksəriyyətinin yerli olduğu bildirilib.
Manitoba ştatındakı Uaytşell Vilayət Parkında sürətlə yayılan meşə yanğınları nəticəsində iki nəfər həyatını itirib.
Baş nazir Kinyu Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) tərəfindən qorunan ərazi kimi təsnif edilən Uaytşell Vilayət Parkında fövqəladə vəziyyət elan edib.