Axendə keçirilən mərasimdə mükafatını alan Ursula Von der Leyen 21-ci əsrə uyğun olan və Avropanın özü tərəfindən formalaşdırılan və idarə olunan yeni “Pax Europaea (Avropa Sülh) anlayışını” müdafiə edib.
***
Leyen, “Bir vaxtlar beynəlxalq nizam olaraq etibar etdiyimiz quruluş sürətlə beynəlxalq nizamsızlığa çevrilir”, – deyib.
Avropa Komissiyasının sədri Rusiyanın Ukraynaya təcavüzünü onilliklər ərzində davam edən sabitlikdən sonra köhnə həqiqətləri məhv edən dönüş nöqtəsi kimi qiymətləndirib.
***
ABŞ-ın rəhbərlik etdiyi NATO ittifaqının uzun müddətdir Avropada rahatlıq hissi yaratdığını vurğulayan Von der Leyen, Soyuq Müharibədən sonrakı dövrə də toxunaraq, “Sülhün qazanacağına arxalana biləcəyimizi düşündük. Amma o dövr bitdi. Dünya yenidən imperiya xəyalları və müharibələrlə formalaşır”, – deyib.
O, demokratik cəmiyyətlərin düşmənlərinin yenidən silahlandığını və hərəkətə keçdiyini qeyd edərək, “Bunun ən bariz nümunəsi Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı amansız və vəhşi müharibəsidir”, – deyib.
***
Avropa Birliyi (AB) və üzv dövlətlərin yüz milyardlarla avroluq müdafiə xərclərini artırmaqla bağlı qərarlarına toxunan Von der Leyen, “Zaman dəyişir və Avropa onlarla birlikdə dəyişir. Biz bunu sülhü müdafiə etmək üçün hər şeyi xəttə qoymaq üçün edirik. Bu 10 ildə yeni bir beynəlxalq nizam formalaşacaq. Bu nizamın Avropa və dünyadakı nəticələrini qəbul etmək istəmiriksə, onda onu biz formalaşdırmalıyıq”.