UNESCO-nun Dünya İrs Siyahısına daxil olan ərazidə çox az kölgə var. Avropanın ən isti paytaxtı olan Afinada 2024-cü ildə rekordlar qeydə alınıb.
Yunanıstana səyahətlərin artması ilə əlaqədar səlahiyyətlilər Afinanın bu il 10 milyon ziyarətçi qəbul edəcəyini proqnozlaşdırırlar. Ölkənin milli meteoroloji xidmətinin məlumatına görə, iyul və avqust aylarında gələnlər daha da ekstremal temperaturla üzləşəcəklər.
***
“CNN İnternational”a görə, artan turizm qıt su ehtiyatlarına və infrastruktura təzyiqin artması deməkdir. Bu da inflyasiyaya səbəb olur.
Yunan mətbuatında çox müzakirə olunan köşə yazısı, ölkənin təkbaşına maksimum turizmi davam etdirməsinin artıq mənasız olduğunu və yunanların özlərinin hüquqlarını itirmək təhlükəsi ilə üzləşdiyini eddia edib: “Açıq desək, biz yunanların gələcək nəsillərinə nəinki böyük bir borc yığını, həm də yaysız bir Yunanıstan qoyuruq”.
***
Günəşin yenidən yandırılacağı aylarla bağlı narahatlıq yüksəkdir. Yay aylarında turistlərin sayının artması ilə bu yüksək temperaturun idarə olunması prioritet məsələyə çevrilib.
Afina meri Haris Dukasın dediyinə görə, “davamlılıq yaratmaq” şəhər üçün sağ qalmaq məsələsidir.