Vaxt.Az

Tramp və Pauel Ağ Evdə bir araya gəlib


 

İkinci prezidentlik dönəmində ilk görüş

Tramp və Pauel Ağ Evdə bir araya gəlib ABŞ Federal Ehtiyat Sistemindən verilən açıqlamaya görə, FED sədri Cerom Pauel bu gün Ağ Evdə prezident Donald Trampla görüşüb. Göürşdə FED sədri Pauel və ABŞ prezidenti Donald Trampın iqtisadiyyatı müzakirə etmək üçün bir araya gəlib.

FED toplantı ilə bağlı verdiyi açıqlamada, “Sədr Pauel, pul siyasəti ilə bağlı gözləntilərini müzakirə etməyib, ancaq siyasət yolunun tamamilə daxil olan iqtisadi məlumatlardan və bunun perspektiv üçün nə ifadə edəcəyindən asılı olacağını vurğulayıb”, – deyilir.

FED sədri, “O və FOMC-dəki həmkarları qanunla maksimum məşğulluğu və qiymət sabitliyini təmin etmək üçün pul siyasətini təyin edəcək və bu qərarları yalnız diqqətli, obyektiv və siyasi olmayan təhlillərə əsaslanaraq verəcəklər”, – deyib.

Bu, FED sədri Cerom Pauelin Donald Trampla ikinci prezidentliyə başlamasından bəri ilk görüş idi.

 





29.05.2025    çap et  çap et