Elektrikli nəqliyyat vasitələri ekoloji cəhətdən təmiz alternativlər kimi ortaya çıxsa da, infrastruktur problemləri və yüksək qiymətlər onların qəbuluna mane olur.
Mütəxəssislər bu problemləri həll etməyə çalışarkən, Nyu-Yorkda yerləşən yanacaq şirkəti Aircela, fosilsiz benzin istehsal edən cihaz hazırlayıb.
Təxminən sənaye soyuducusu boyda olan cihaz birbaşa karbon tutma texnologiyasından istifadə edir. İllərdir mövcud olan bu texnologiya, ümumiyyətlə, karbon qazını havadan udmaq və onu sintez etmək məqsədi daşıyır.
Bununla belə, “Aircela” cihazı udduğu karbonu birbaşa benzinə çevirir. Şirkət bu prosesdə qalıq yanacağa ehtiyac olmadığını və istehsal olunan yanacağın tərkibində kükürd, etanol və ya ağır metalların olmadığını iddia edir. Bundan əlavə, heç bir infrastruktur təkmilləşdirmədən bütün benzinlə işləyən mühərriklərdə istifadə oluna biləcəyi iddia edilir.
“Aircela”nın baş direktoru Erik Dahlqren verdiyi açıqlamada, “Biz prototip yaratmadıq. İşləyən qurğu yaratdıq”, – deyib.
Bir sözçünün “Popular Science”a verdiyi məlumata görə, maşın gündə təxminən 37 litr karbon qazı udmaq üçün nəzərdə tutulub və bu, təxminən 3,7 litr benzin istehsal etmək üçün kifayət edilə bilər.
O, həmçinin çənində 64 litrə qədər benzin saxlaya bilir. “Popular Science” jurnalının yazdığına görə, qurğu bir gecədə avtomobilin çənini doldurmaq gücünə malik deyil.
Sözçü maşının dəqiq qiymətini şərh etməsə də, “sərfəlilik çox vacibdir”, – deyib.
Yeni qurğu sərfəli və miqyaslı olması onun geniş yayılması üçün vacibdir. “Aircela” hesab edir ki, onun nisbətən kiçik ölçüsü onu daha ucuz və geniş miqyasda yerləşdirməyi daha sürətli edəcək. Dahlgren, “İnanırıq ki, yanaşmamız mümkün qədər çox insana və yerə karbonsuz yanacaq çatdırmağın ən sürətli yoludur”, – deyib.
“Aircela” maşının ilk tədarüklərinə 2025-ci ilin payızında başlamağı planlaşdırır.