Vaxt.Az

İki FED rəsmisinin faiz mesajı


 

“Hazırda əsas diqqətimiz inflyasiyadır”

İki FED rəsmisinin faiz mesajı Dallas FED-in sədri Lori Loqan və San Fransisko FED-in sədri Meri Deyli dünən bildiriblər ki, inflyasiya hədəfinə çatmaq üçün faiz dərəcələri sabit saxlanıla bilər.

Lori Loqan, ABŞ prezidenti Donald Trampın ticarət, vergi və tənzimləmə siyasətlərinin inflyasiyanı artıracağını və ya məşğulluğu azaldacağını göstərən məlumatları gözləməli olduğu üçün mərkəzi bankın qısamüddətli faiz dərəcələrini bir müddət daha indiki səviyyələrdə saxlaması lazım ola biləcəyini söyləyib.

“Hələlik, əmək bazarının güclü qalması, inflyasiyanın tədricən hədəfə yaxınlaşması və (FED) hədəfləri ilə bağlı risklərin təqribən balanslaşdırılmış görünməsi fonunda pul siyasətinin yaxşı yerdə olduğunu düşünürəm. Risklər balansının bir istiqamətə dəyişib-dəyişmədiyini anlamaq üçün kifayət qədər vaxt lazım ola bilər”, – Loqan deyib.

“Balans dəyişərsə, biz cavab verməyə çox yaxşı hazırlaşacağıq”.

***

Meri Deyli isə bildirib ki, ABŞ Federal Ehtiyat Sistemi mart ayında gözlədiyi kimi bu il faiz dərəcələrini iki dəfə azalda bilər, lakin indiki halda faiz dərəcələri sabit qalmalıdır, çünki inflyasiyanın mərkəzi bankın 2 faizlik hədəfinə uyğun olub-olmadığını müəyyən etmək lazımdır.

“İnflyasiyanın hədəfdən yuxarı qalxmağa davam etdiyi və onun nə qədər tez 2 faizə düşəcəyi ilə bağlı qeyri-müəyyənlik olduğu müddətcə, inflyasiya diqqət mərkəzində olacaq, çünki əmək bazarı güclüdür. Qiymət sabitliyinə nail olmaq üçün pul siyasətinin bu təvazökar və ya orta məhdudlaşdırıcı səviyyədə qalmasına ehtiyacımız var”, – Deyli bildirib.

FED bu ayın əvvəlində qısamüddətli borclanma xərclərini dekabrdan bəri olduğu 4,25-4,5 faiz səviyyəsində sabit saxlamışdı. Deyli, qərarın “aktiv” seçim olduğunu və mərkəzi bankın Tramp administrasiyasının ticarət və digər siyasətlərinin iqtisadi təsirini qiymətləndirdiyi üçün sükanı sağa və ya sola çevirmək əvəzinə sabit saxlayaraq sürücü kimi çıxış etdiyini deyib.

 





30.05.2025    çap et  çap et