“Reuters”in məlumatına görə, Yeni Dehli hökuməti qapalı dövrəli təhlükəsizlik kameraları istehsalçılarından hökumət laboratoriyalarında sınaq üçün aparat, proqram təminatı və mənbə kodları təqdim etmələrini istəyib.
Adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, Hindistan hökuməti bu addımı Çinin casusluq fəaliyyətləri ilə bağlı narahatlıqlarından irəli gəlib.
Rəsmi dövlət qurumlarında 1 milyon kameranın Çin şirkətlərinə məxsus olduğunu və məlumatların xaricdəki serverlərə ötürüldüyünü iddia edir.
Yeni şərtlərə əsasən, Çinin “Hikvision”, “Xiaomi” və “Dahua”, eləcə də Cənubi Koreyanın “Hanwha” və ABŞ-ın “Motorola Solutions” şirkətlərindən kameraları satılmazdan əvvəl dövlət laboratoriyalarında sınaqdan keçirilməsi tələb olunur.
2015-2019-cu illərdə Hindistanın kibertəhlükəsizlik üzrə rəhbəri vəzifəsində çalışmış Gülşən Ray “Casusluq riski həmişə var”, – deyib. O, internetə qoşulmuş qapalı dövrəli təhlükəsizlik kameralarının sınaqdan keçirilməli olduğunu deyir.
Mənbələr bildirir ki, reqlament aprel ayında böyük şirkət rəsmiləri ilə müzakirə olunub. “Hanwha”, “Motorola”, “Bosch”, “Honeywell” və “Xiaomi” kimi şirkətlərin nümayəndələrinin yeni sertifikat tələbləri ilə dərhal ayaqlaşmağın mümkün olmayacağını söylədikləri bildirilir.
Bildirilir ki, şirkətlər tətbiqin bir müddət təxirə salınmasını istəyiblər, lakin Hindistan “ciddi təhlükəsizlik narahatlığı” səbəbi ilə geri çəkilməyib.
ABŞ milli təhlükəsizlik risklərini əsas gətirərək 2022-ci ildə “Hikvision” və “Dahua” avadanlıqlarının satışını qadağan edib. Böyük Britaniya və Avstraliya da Çin istehsalı olan cihazlara məhdudiyyətlər qoyub.
Çin Xarici İşlər Nazirliyi açıqlamasında “Çin şirkətlərini ləkələmək və onları sıxışdırmaq üçün milli təhlükəsizlik konsepsiyasının ümumiləşdirilməsinə” qarşı olduğunu bildirib. Hindistanın Çin şirkətlərinə qarşı heç bir ayrı-seçkiliyin olmayacağı bir mühit təmin edəcəyinə ümid edildiyi ifadə edildi.