Vaxt.Az

Türk yazıçı nüfuzlu mükafat qazandı


 

Feridun Zaimoğlu Almaniyanın “Valter Kempowski” ədəbi mükafatına layiq görüldü

Türk yazıçı nüfuzlu mükafat qazandı Feridun Zaimoğlu bioqrafik ədəbiyyat üzrə “Valter Kempowski” mükafatına layiq görülüb.

Almaniyada yaşayan yazar Feridun Zaimoğlu bioqrafik ədəbiyyat üzrə qazandığı mükafat 20 min avro dəyərindədir. Münsiflər heyəti Zaimoğlunun müasir alman ədəbiyyatına güclü bir hekayə dili gətirdiyini vurğulayıb.

Yazıçının son romanı “Sohn ohne Vater” (“Atasız oğul”) atasının dəfn mərasimi üçün Türkiyəyə səfərindən bəhs edir. 60 yaşlı Zaimoğlu Türkiyənin Bolu şəhərində anadan olub və hazırda Almaniyanın Kiel şəhərində yaşayır.

***

Bioqrafik Ədəbiyyat üzrə “Valter Kempowski” mükafatı iki ildən bir Aşağı Saksoniya ştatı tərəfindən verilir və “Nicolas Born” mükafatı ilə növbə ilə təqdim olunur. Builki mükafat sentyabrın 30-da Hannoverdə keçiriləcək mərasimdə təqdim olunacaq. Mükafat həmçinin Aşağı Saksoniyadakı müxtəlif ədəbi evlərə oxu turunu da əhatə edir.

 





30.05.2025    çap et  çap et