“Reuters”in paylaşdığı rəqəmlərə görə, Tramp ilk dövründə Tayvana təxminən 18,3 milyard dollarlıq silah satışını təsdiqləyib. Bu rəqəm onun sələfi Co Baydenin dövründə 8,4 milyard dollar civarında idi.
Digər tərəfdən, Tramp seçki kampaniyası zamanı “Çinə qarşı təminat üçün Tayvandan pul tələb edəcəyini” bildirmişdi.
Təhlildə deyilir ki, Vaşinqtonun Taypey administrasiyasına artan hərbi dəstəyi Trampın Tayvanı Çinə qarşı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı narahatlığı azalda bilər. Bununla belə, belə bir addımın ABŞ və Çin arasında sürtünməni artıra biləcəyi də qeyd edilir.
Vaşinqton və Taypey arasında rəsmi diplomatik əlaqələrin olmamasına baxmayaraq, ABŞ Tayvanın ən böyük beynəlxalq dəstəkçisi və silah təchizatçısıdır.
Tayvan prezidenti Lai Çinq-te və onun Demokratik Tərəqqi Partiyası (DPP) xüsusi büdcə qanun layihəsi ilə bu il müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3 faizinə çatdırmağı hədəfləyir.
Bununla belə, müxalifətdə olan Kuomintang (KMT) və Tayvan Xalq Partiyasının (TPP) üstünlük təşkil etdiyi parlament, sözügedən müdafiə xərclərinin qarşısını ala biləcək büdcə kəsimlərini təsdiqləyib.
Hesabatda ABŞ-ın Tayvanda müxalifət partiyalarına təzyiq etdiyinə diqqət çəkir ki, bu da müdafiə büdcəsinin artırılmasına qarşı çıxmasın: “Biz müxalifətə sərt mesajlar veririk. Biz deyirik ki, “Bunu əngəlləməyin. Bu Tayvan üçün partizan məsələsi deyil, ölüm-dirim məsələsidir”.
Pekin ABŞ-ın Tayvana silah satışına qarşı olduğunu bir daha bəyan edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian deyib ki, ABŞ Tayvan boğazında gərginliyə səbəb ola biləcək “yeni amillər” yaratmaqdan çəkinməlidir.