***
Türkiyədə Ankara və İzmirdə 200 (385) avroya görüş satan vasitəçilərin İstanbul tarifi 250 (480 manat) avrodur. “Qızıl” və ya “VIP” müraciətlər adı altında 1000 (1928) Avroya qədər gedən görüşlər var. Bununla belə, “iDATA”nın rəsmi xidmət haqqı 45 (86 manat) Avro civarındadır. Broker firmaları sistem vasitəsilə toplu alışlar edir, adi müraciət edənləri arxa plana keçirərək əməliyyatları özbaşına istiqamətləndirirlər.
Almaniya Konsulluğunun cavab verməməsi, “iDATA” sisteminə sorğu göndərə bilməməsi və saxta elektron məktublar böhranı daha da dərinləşdirir. Ailələri ilə gözləyənlər, tələbələr və iş adamları aylarla gözləyərkən, milyonlarla avro qeyd edilmədən əl dəyişdirir. Vizaları rədd edilənlərin ödədikləri rüsumlar geri qaytarılmır və imtinanın səbəbi açıqlanmır.
***
Beynəlxalq səyahətlər üçün tələb olunan viza prosedurlarını həyata keçirən “VFS Global” şirkəti mətbuat konfransı keçirib. Broker firmaları ilə bağlı son iddialardan sonra “VFS Global” Türkiyə-Azərbaycan Regional vitse-prezidenti Sertan Aslantürk təşkil edilən mətbuat konfransında açıqlamalar verib.
Viza proseslərinin qiymətləndirilməsində heç bir təsirlərinin olmadığını ifadə edən Aslantürk, “Vizaların qiymətləndirilməsinə təsirimiz yoxdur. Biz yalnız sənədləri toplayan ilkin viza müraciət mərkəziyik”, – deyib. Viza proqram təminatı ilə bağlı tədbir gördüklərini ifadə edən Aslantürk, “İP məhdudiyyətləri tətbiq etdik. VPN istifadə edilsə belə, Türkiyədə görüş təyin etməyə çalışırıq. Türkiyədə onlayn müraciətlərin açılma vaxtı ilə bağlı məlumat verə bilmərik. Bu, bizim təşəbbüsümüzlə deyil, təlimatlara uyğun işləyirik. Yalnız Polşada müraciət saatları yazılıb”, – deyib. Elektron viza məsələsinə də toxunan Aslantürk, “Şengen və konsulluq öz aralarında elektron vizalarla bağlı danışıqlar aparır. Hələlik bu mövzuda heç bir müzakirəmiz olmayıb”, – deyib.