Hadisə cütlüyün 2002-ci ildə evi alıb qızlarının adına tikməsi ilə başlayıb. Övladlığa götürdükləri qızının evin rəsmi sahibi olmasına baxmayaraq, cütlüyün ömürlük istifadəsinə zəmanət verən heç bir notariat proseduru olmayıb.
Aralarında yaranan maddi mübahisədən sonra qızları 2019-cu ildə cütlüyü məhkəməyə verərək evin satılmasını tələb edib.
***
2021-ci ildə məhkəmə qızın evdə alıcılarla görüşmək hüququna malik olduğuna qərar verib. 2025-ci ilin mart ayında Montpellier Apellyasiya Məhkəməsi cütlüyü “qanuni əsası olmayan yaşayışçı” elan edib. Məhkəmə yaşlı cütlüyün ən geci 2 iyun 2025-ci ilə qədər evi boşaltması barədə qərar verib.
***
87 yaşlı İv 20 ildir həyat yoldaşı ilə yaşadığı evdən çıxmaq istəmədiyini deyib: "Mən getməyəcəyəm. Evimdə qalmaq istəyirəm”. Həyat yoldaşı isə üç ildir ki, yataq xəstəsidir və tibbi avadanlıqdan asılıdır.
Cütlüyün övladlığa götürdüyü 29 uşağından biri olan Dominik onların yanında olmağa davam edir. Aylıq 1800 avroluq təqaüdlə dolanmağa çalışan cütlük o həddə çatıb ki, əmlak vergisini belə ödəyə bilmirlər.
Son çarə olaraq, cütlük indi “nankorluq” səbəbiylə evin bağışlanması barədə qərarı ləğv etmək üçün qanuni tədbirlər görməyi planlaşdırır.