Vaxt.Az

20 min zabit orduya qayıtmaq istəyir


 

«Rusiya açıq-aşkar terror hazırlaşır»

20 min zabit orduya qayıtmaq istəyir Ukraynada ehtiyatda olan 20 min zabit könüllü olaraq yenidən ordu sıralarına qayıtmaq istəklərini bildirib. Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna təhlükəsizlik nazirliyinin müavini Vasili Krutov məlumat verib.

Onun sözlərinə görə, orduya qayıtmaq istəyən təcrübəli zabitlərin xidmətinə Ukrayna ordusurnda ehtiyac var və onlar artıq ehtiyatda olan zabitləri müqavilə bağlayaraq orduya cəlb ediblər:

«Uzun müddət orduda xidmət keçmiş ehtiyatda olan zabitlərimiz bizim gücümüzə güc qatacağına əminəm. Biz bütün güclərimizi səfərbər etmək məcburiyyətindəyik. Bildiyimiz kimi Rusiya artıq bizə qarşı açıq-aşkar terror hazırlaşır əlimizdə olan əməliyyat məlumatlarına görə, Rusiyanın müxtəlif bölgələrində təlimlər keçən killerlərə Ukrayna ərazisində öldürəcəkləri hər vətəndaşımıza görə pul mükafatı təyin olunub. Belə bir halda bizim bütün qüvvələrimizi səfərbər etməyimiz çox vacibdir».

 





14.05.2014    çap et  çap et