Vaxt.Az

Üçdə ikisi Baydenin son günlərində imzalamışdı


 

ABŞ 3,7 milyard dollarlıq təmiz enerji layihələrini dayandırır

Üçdə ikisi Baydenin son günlərində imzalamışdı ABŞ Energetika Nazirliyi 3,7 milyard dollardan çox dövlət dəstəyi alan 24 təmiz enerji layihəsinin dayandırıldığını açıqlayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, araşdırmadan sonra bu layihələrin Amerika xalqının enerji ehtiyaclarına töhfə vermədiyi, iqtisadi cəhətdən dayanıqlı olmadığı və ictimaiyyət üçün kifayət qədər gəlir gətirmədiyi müəyyən edilib.

Açıqlamada qeyd olunub ki, 3,7 milyard dollardan çox dövlət dəstəyi alan 24 layihə dayandırılıb.

Ləğv edilmiş 24 layihədən 16-nın ABŞ-da prezident seçkilərinin keçirildiyi 5 noyabr 2024-cü il və ABŞ prezidenti Donald Trampın prezidentliyə başlayacağı 20 yanvar tarixləri arasında imzalandığı və layihələrin əsasən sənayedə karbon anbarı və karbon emissiyalarının azaldılmasına yönəlmiş təşəbbüslərin maliyyələşdirilməsinə yönəldiyi bildirilib.

Bəyanatda fikirləri yer alan ABŞ-ın energetika naziri Kris Vrayt, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasını milyardlarla dollarlıq dövlət resurslarını xərcləməzdən əvvəl hərtərəfli maliyyə araşdırması aparmadığına görə tənqid edib.

Tramp administrasiyasının vergi ödəyicilərinin pullarını ən yaxşı şəkildə istifadə etmək üçün lazımi səyi göstərdiyini vurğulayan Vrayt, maliyyə ayrılan 24 layihəni dayandıraraq Amerika xalqının maraqlarına uyğun hərəkət etdiklərini ifadə etdi.

 





31.05.2025    çap et  çap et