Polisin ifadələrinə və şahidlərin sözlərinə görə, 60-70 yaşlarında olan əlində alışqan və benzin bidonu tutmuş şübhəli şəxs hərəkətdə olan qatarı yandırmağa cəhd edib.
Qatarda baş verən kiçik miqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, sərnişinlər təcili tunel vasitəsilə təxliyə edilib.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb, şübhəli qaçmağa çalışarkən polis tərəfindən yaxalanıb.
Qeyd edilib ki, hadisə ilə bağlı şübhəlinin dindirilməsi və istintaqı davam edir.