Saytın yeni sahibi Anar Məmmədova məxsus
Garant Media Holdingdir. Bu günə qədər sayt Elnur Baimovun adına olsa da, Elnur
Aslanovun himayəsində fəaliyyət göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl Anar
Məmmədovun nümayəndəsi bildirmişdi ki, Garant Media Holdingə daxil olacaq
saytların adları yaxın vaxtlarda açıqlanacaq. News.az Holdingin adına
rəsmiləşdirilən ilk sayt olub.
Uzun müddət Elnur Aslanovun nəzarətində
olan gun.az informasiya agentliyinin də təsisçisi dəyişib. Bu haqda da whois.az saytında məlumat yenilənib.
Saytın yeni təsisçisi gun.az saytının
məsul redaktoru Emil Quliyev olub. O, Elnur Baimovu əvəzləyib.
Qeyd edək ki, Emil Quliyev həm də Franspress agentliyinin ölkəmizdəki təmsilçilərindəndir.