Vaxt.Az

Karteli tərifləyən mahnılar oxuyurdular


 

İtkin düşmüş qrup üzvləri Meksikada meşədə ölü tapılıb

Karteli tərifləyən mahnılar oxuyurdular Mayın 25-də itkin düşən “Grupo Fugitivo” qrupunun beş üzvü Meksikanın Tamaulipas ştatında ölü tapılıb.

İtkin düşmələri ilə bağlı elandan sonra Meksikanın Reynosa şəhərində meşəlik ərazidə cəsədləri tapılan musiqiçilərin şiddətli döyülərək yandırıldığı müəyyən edilib.

Meksika mətbuatında yer alan xəbərə görə, Tamaulipas əyalətinin prokuroru İrvinq Barrios verdiyi açıqlamada musiqiçilərin böyük ehtimalla narkotik kartelinin qatilləri tərəfindən öldürüldüyünü bildirib.

Hadisə ilə bağlı “Cartel del Golfo”nun “Los Metros” fraksiyasının üzvü olduğu güman edilən 9 nəfər saxlanılıb.

Musiqiçilərin itkin düşməsindən sonra onların ailələri aidiyyəti qurumlarla əlaqə saxlayıb və kömək istəyiblər. Ailələr Reynosa Bələdiyyəsi qarşısında etiraz aksiyası keçirərək yolu nəqliyyatın hərəkətinə bağlayıb.

Məlumdur ki, “narkokorido” kimi mahnılarla narkotik kartellərini tərifləyən musiqi qrupları cinayətkar təşkilatların hədəfinə çevrilib.

 





31.05.2025    çap et  çap et