Müvafiq olaraq, ölkədəki neft buruqlarının sayı 23-30 may tarixləri arasında əvvəlki həftə ilə müqayisədə 4 ədəd azalaraq 461-ə düşüb.
Ötən il ABŞ-da neft qazma qurğularının sayında 35 ədəd azalma olmuşdu.
Srağagün 63,26 dollardan bağlanan “Brent” markalı neftin bir barelinin qiyməti dünəni 62,60 dollarla başa vurub.
“West Texas Intermediate” (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 60,28 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin barreli srağagünü 60,57 dollardan bağlamışdı.