Vaxt.Az

3 nəfərdən biri ələ keçdi


 

Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir

3 nəfərdən biri ələ keçdi Salonikidə yunan kəşfiyyatçılarına atəş açan “Dalton” dəstəsi üzvlərinin axtarışı nəticə verir.

Mayın 27-də Yunanıstanın Saloniki şəhərinin Termi qəsəbəsində kəşfiyyat agentlərinə qarşı təşkil edilən silahlı hücumda iştirak etdikləri üçün axtarışda olan üç türkdən birinin Rodop bölgəsindəki dağlıq kəndlərdən birində yaxalandığı bildirilir.

Yunan mətbuatı silahlı hücumun səbəbkarlarının “Daltonlar” dəstəsinin üzvləri olduğunu açıqlamışdı.

“Kathimerini” qəzetinin məlumatına görə, həbs Saloniki Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “SWAT” qrupu ilə birgə planlaşdırdığı koordinasiyalı əməliyyatdan sonra səhər saatlarında həyata keçirilib. Şübhəli sığınacaq kimi istifadə etdiyi evdə tapılıb.

Əldə edilən məlumata görə, həbs edilən şəxs hücumu törədənlərin içərisində olduğu cipin sürücüsüdür. Həbs edilənin atəş açan şəxs olduğu iddia edilir.

Üç hücumçunun getdiyi avtomobilin Ksantidə daimi yaşadığı iddia edilən şəxsə məxsus olduğu aydın olub.

Yunanıstanda “Daltonlar” kimi tanınan dəstə üzvlərinin axtarışları günlərdir davam edir.

 





31.05.2025    çap et  çap et