Dünən Elon Mask Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri kimi 130 günlük müddəti ilə vidalaşmaq üçün Oval kabinetə gedib. Burada Maskın sağ gözünün altındakı qançır diqqət çəkib.
Sosial mediada Maskın gözünün altındakı göyərmə ilə bağlı müzakirələrə başlayan sosial media istifadəçiləri idman zalında baş verən qəzadan tutmuş siyasi mübarizəyə qədər variantları sıralayıblar.
***
Ağ Evdəki mətbuat nümayəndələri Maskdan "gözünə nə olub?" soruşub.
Keçən həftə arvadını sillələyərkən kameralara düşən Fransa prezidenti Emmanuel Makronla bağlı xəbəri ələ salan Mask, "Fransaya heç yaxın deyildim. Fransanın birinci xanımının zabit olduğunu bilmirdim", – deyib. Bu sözlərlə Fransa prezidentinə eyham vuran Mask Makronu ələ salıb.
***
Mask daha sonra beş yaşlı oğlu X Æ A-Xii-yə işarə edərək: “Mən sadəcə kiçik “X” ilə yüngülcə dalaşırdıq. Mən də dedim ki, get üzümə yumruq vur. O da belə etdi”.
ABŞ prezidenti Donald Tramp da məsələyə qarışdı və “X idi?” deyə soruşdu. Mask “Bəli” deyə cavab verdi.
Tramp gülərək dedi: “Əgər siz “X”i tanısaydınız, o, bunu edə bilər”.
Mask ofisdən çıxarkən jurnalistlərə, "Bu, DOGE-nin sonu deyil. Bu, sadəcə başlanğıcdır", – deyib.
Digər tərəfdən Trampın çıxışı zamanı Maskın üz ifadələri də sosial mediada müzakirələrə səbəb olub.