Bu fikirləri Yeni Azərbaycan
Partiyasının saytına (yap.az.org) rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov deyib.
Ə.Abbasov bildirib ki, ölkə əhalisinin
98 faizinin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunub və Azərbaycan
indi rəqəmsal efirə keçməyə tam hazırdır. Onun sözlərinə görə, respublikada
internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət
alır, ən yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə
110 mobil abunəçi düşür.
«İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış «Qlobal informasiya texnologiyaları hesabatı 2014» («The Global Information Technology Report 2014») adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən «Şəbəkələşmə hazırlığı indeksi» göstəricisinə görə Azərbaycan ötən ilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb. Sevindirici haldır ki, Azərbaycan «Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi» reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir», - deyə nazir vurğulayıb.