Vaxt.Az

Artım mərhələli olacaq


 

OPEC+ iyulda hasilatı 411 min barel çoxaldacaq

Artım mərhələli olacaq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun 8 üzvü iyul ayında neft hasilatını əvvəlki ayla müqayisədə gündəlik 411 min barel artırmaq qərarına gəlib.

OPEK-dən verilən açıqlamada Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandan ibarət 8 OPEC+ ölkəsinin bazar şərtlərini qiymətləndirmək üçün onlayn görüşdüyü bildirilib.

Qrupun hasilatı artırmasının qlobal iqtisadi proqnozun stabil gedişi və aşağı neft ehtiyatlarının sağlam bazar əsaslarından xəbər verdiyinə uyğun olaraq 5 dekabr 2024-cü il tarixli qərara əsaslandığı bildirilib.

Müvafiq olaraq, sözügedən ölkələr aprelin 1-dən etibarən daha əvvəl həyata keçirdikləri gündəlik 2,2 milyon barellik könüllü kəsimləri mərhələli və çevik şəkildə sona çatdırma prosesi çərçivəsində iyul ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 411 min barel artıracaqlar.

Gündəlik 411 min barel artımın 3 aylıq mərhələli artımın cəminə uyğun gəldiyinə işarə edilən açıqlamada, qrupun bazar şərtlərinə görə söz mövzusu artımları dayandıra və ya geri qaytara biləcəyi qeyd edildi.

Avqust ayı üçün hasilat səviyyəsini müəyyən etmək üçün qrupun növbəti iclası iyulun 6-da keçiriləcək.

 





31.05.2025    çap et  çap et