Hindistanda musson mövsümünün başlaması ilə əlaqədar hava şəraiti pisləşir. Musson yağışları ölkədə fəlakət yaradıb. Assam və ətraf ştatlarda güclü yağışlar, daşqınlar və torpaq sürüşmələri baş verib.Səlahiyyətlilər ölkənin şimal-şərqindəki Assam, Arunaçal Pradeş, Mizoram və Tripura ştatlarında güclü yağışlar nəticəsində baş verən fəlakətlərdə 22 nəfərin öldüyünü bildirib.
Hindistan Meteorologiya İdarəsi (IMD) yaxın günlərdə bölgədə güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Hər il iyun-sentyabr aylarında ölkəyə təsir edən musson yağışları böyük fəsadlar törədir.
çap et