MAQATE-nin İdarə Heyətinə üzv ölkələrlə 3 aydan bir paylaşdığı hesabatda İranın 60 faiz saf zənginləşdirilmiş uran ehtiyatını əhəmiyyətli dərəcədə artırmağa davam etdiyi paylaşılıb.
Hesabatda qeyd olunub ki, İran 2024-cü ilin fevral ayındaki son hesabatında 60 faiz saf zənginləşdirilmiş uran ehtiyatını 133,8 kiloqram artıraraq 274,8 kiloqramdan 408,6 kiloqrama çatdırıb.
Hesabatda fikirlərinə yer verilən MAQATE-nin direktoru Rafael Mariano Qrossi “İran dünyada yeganə ölkədir ki, nüvə silahı olmadan bu səviyyədə zənginləşib”.
Qrossi Tehran administrasiyasına bir daha müraciət edərək, “Mən təcili olaraq İranı MAQATE ilə tam və effektiv əməkdaşlığa çağırıram”, – deyib.