Vaxt.Az

Avropada kartof bahalaşıb


 

Təzə məhsul çıxmayıb, anbarlarsa boşalır

Avropada kartof bahalaşıb Almaniya bazarları qiymətləri endirsə də, son 1-2 ayda ən çox qiymət artımı müşahidə edilən məhsul kartof olub.

Populyar kartofun 2 kiloqramlıq kisəsi əvvəlki ay 2,29 avro idisə, bu ay 65,5 faiz artaraq 3,79 avroya çatıb.

***

Qiymət qrtımı yəqin ki, yerli məhsuldan qalan anbarda olan kartofdan erkən idxal olunan kartofa mövsümi keçidlə izah oluna bilər. Aralıq dənizi regionunda son vaxtlar bəzi bölgələrdə şaxta və çoxlu yağıntılar səbəbindən məhsul kifayət qədər zəif olub ki, bu da qiymətləri yüksəldir. İdxal edilən erkən kartof daha çox Misir, İsrail, Kipr, İspaniya və Portuqaliyadan gətirilir.

Kartofun qiymətinin böyük artımına baxmayaraq, bu ayın məhsullarının əksəriyyəti əvvəlki ayla müqayisədə ucuzdur.

 





31.05.2025    çap et  çap et