Vaxt.Az

“Səhvimizi anlaya bildik”


 

Hindistan itkisini təsdiqlədi

“Səhvimizi anlaya bildik” Hindistan Baş Qərargah rəisi Anil Çauxan ilk dəfə Pakistanın Hindistan təyyarəsini vurduğunu təsdiqləyib. “Bloomberg TV”yə danışan Çauhan Pakistanın Hindistan təyyarələrini vurması ilə bağlı iddialara cavab verib.

Çauxan, “Məncə, vacib olan təyyarənin vurulması deyil, niyə vurulduğudur”, – deyib.

Təyyarələrin uçuşunda taktiki səhvlər olduğunu etiraf edən Çauxan, “Yaxşı tərəfi odur ki, etdiyimiz taktiki səhvi anlaya bildik, düzəldə bildik, iki gün sonra bunu yenidən tətbiq etdik və bütün təyyarələrimizi geri uçuraraq uzaq məsafəli hədəfləri vura bildik” dedi.

Pakistanın 6 Hindistan təyyarəsinin vurulması ilə bağlı iddiası ilə bağlı sualı cavablandıran Çauxan, “Bu, tamamilə yalandır və vacib olduğu deyilən məlumat deyil. Əhəmiyyətli olan onların niyə düşdüyüdür. Bu, bizim üçün daha vacibdir və bundan sonra nə edəcəyimiz daha vacibdir”, – deyib.

***

Tərəflər arasında münaqişələr aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirməsi ilə başlayıb.

Hindistanın baş naziri Narendra Modi rəhbərlik etdiyi kabinet iclasında hərbi hücumları “Sindoor əməliyyatı” adlandırıb və əməliyyatı “qürur anı” kimi qiymətləndirib. Hind dili lüğətinə görə, “Sindoor” hindu qadınlarının alnına qoyduğu qırmızı toza deyilir.

İki ölkə mayın 10-da ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan edib.

 





31.05.2025    çap et  çap et