Vaxt.Az

“Kütləvi qırğın silahları qismindədir”


 

Hikmət Hacıyev: “2020-ci ildən bəri 400 vətəndaş mina partlayışlarının qurbanı olub”

“Kütləvi qırğın silahları qismindədir” “2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub”.

Bu açıqlamanı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial platformasındakı hesabında paylaşıb.

“Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı məqsədli şəkildə və geniş miqyasda yerləşdirilib. Bir çox hallarda minalar hərbi zərurət olmadan, sırf mülki əhalini hədəfə almaq və köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitmək məqsədilə basdırılıb. Bu mənada minalar kütləvi qırğın silahları qismində çıxış edir və ciddi təhlükə mənbəyidir”, – Hikmət Hacıyev yazıb.


 





31.05.2025    çap et  çap et