Bu gün üçüncü sessiyada sadəcə 1 sürücü qüsursuz dövrə vurdu. O da Piastri. Adı kimi Oskarlıq bir dövrə vurdu. Qalan nəticələr isə gözlənilən idi.
Sabahkı yarışa gəldikdə burada döngəyə qədər uzun düzlük var. Ona görə də son illərdə geridən gələn sürücülər bir az da hava kisəsi təsiri ilə daha yaxşı startla önə keçirlər. Mən startda Norris və Rasselli avantajlı görürəm. Amma Maks da İmoladakı kimi bir hücumla önə keçə bilər. Eynilə “Formula 2”nin sprint yarışındakı kimi.
Sabah bizi uzun yarış gözləyir. Hava da istidir. Təkərlər tez ölür. Yəni maraqlı pit-stop strategiyaları görə bilərik. Bir də təhlükəsizlik maşını çıxsa, çox şeyə təsir edə bilər.