Almaniya federal polisinin onu yoxlamaq istəməsindən sonra Çexiya sərhədində avtomobildən düşən şəxs qaçmağa çalışıb. Polisə atəş açdığı şəxs dünyasını dəyişib.
“Welt” qəzetinin məlumatına görə, hadisə mayın 30-da günorta baş verib. Polisin paylaşdığı məlumata görə, Almaniya federal polisi Wunsiedel bölgəsindəki Şirndinqdə daxili sərhəd yoxlaması çərçivəsində polis həmin şəxsin avtomobilini saxlamağa çalışıb. Lakin sürücü maşından düşərək qaçmağa başlayıb. Daha sonra polisə şübhəliyə atəş açıb və onu ölümcül yaralayıb. Sürücüyə yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmyıb. Hadisə zamanı polis əməkdaşlarının xəsarət almadığı bildirilib.
Lakin sürücünün hansı səbəbdən yoxlanıldığı bəlli deyil. Polisin məlumatına görə, sərhəd bölgəsində bu yoxlamalar təsadüfi aparılır. Polis mərhumun kimliyi ilə bağlı açıqlama verməkdən imtina edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.