Vaxt.Az

Rusiyaya əsrin hücumu


 

40-dan çox təyyarə məhv edilib

Rusiyaya əsrin hücumu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bir az əvvəl Rusiya ərazisində hərb tarixinə keçəcək xüsusi əməliyyat keçirib.

Rusiya strateji aviasiyasının Murmansk və İrkutsk vilayətləri ərazisində yerləşən hərbi bazaları (Olenya və Belaya) kütləvi dron hücumuna məruz qalıb. Hadisə yerindən çoxsaylı videolar əməliyyatın uğurlu alındığını təsdiqləyir.

Ukrayna tərəfi ümumilikdə 40-dan çox “Tu-95” və “Tu-22” M3 strateji bombardmançısı, eləcə də “A-50” RLS təyyarəsinin məhv edildiyini bildirir. Əgər bu rəqəm doğrudursa, onda Rusiya nüvə triadasının 3 komponentindən biri olan strateji aviasiyanın ağır zərbə aldığını söyləmək mümkündür.

Əməliyyatın unikallığı ondan ibarətdir ki, dronlar Ukraynadan yox, bilavasitə həmin vilayətlərin ərazisindən buraxılıb. Dronların yük avtomobili ilə aviabazaların yaxınlığına gətirildiyi bildirilir.

SBU rəhbəri, general Vasili Malyukun hazırlayıb həyata keçirdiyi bu əməliyyat Ukrayna kəşfiyyatının hansı səviyyəyə gəldiyini göstərir. Bir neçə gün əvvəl isə Mariupoldakı kütləvi qırğını həyata keçirən Rusiya zabitlərindən biri, mayor Zaur Qurtsiyev Stavropolda aradan götürülüb. O, Stavropol merinin müavini idi.

 





01.06.2025    çap et  çap et