Vaxt.Az

Rusiyaya qarşı yeni addım


 

Britaniya təyyarələri nüvə bombası daşıyacaq

Rusiyaya qarşı yeni addım Rusiya-Ukrayna müharibəsi 3 ildən artıqdır davam edərkən, Avropa ölkələri “Rusiya təhlükəsi”nə qarşı müxtəlif addımlar atmaqda davam edir.

“The Times” qəzetində yer alan xəbərə görə, bu ölkələrdən biri olan İngiltərə öz döyüş təyyarələrində nüvə bombası daşımağı hədəfləyir. Müvafiq olaraq, Rusiya tərəfindən artan təhlükəyə qarşı durmaq üçün çəkindiriciliyini artırmaq istəyən Böyük Britaniya, taktiki nüvə silahlarını atəşə tuta bilən döyüş təyyarələri almaq istəyir.

Taktiki nüvə silahı daşıyan ABŞ istehsalı təyyarələrin Soyuq müharibədən bəri İngiltərədə qeydə alınan müdafiə sahəsində ən böyük artım olacağı da düşünülür.

***

Qəzetin yazdığına görə, Baş nazir və İşçi Partiyasının lideri Keir Starmer hökuməti bu addımla bağlı çox həssas danışıqlar aparır. Müdafiə naziri Con Hili və Silahlı Qüvvələrin rəisi Toni Radakin ABŞ-dan adi bombalardan daha az gücə malik qravitasiya bombalarını atəşə tuta bilən döyüş təyyarələri almaq istəyirlər. Starmerin də bu planı dəstəklədiyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə danışıqların aparıldığı güman edilir.

Buna görə, Baş nazir Starmer sabahdan İngiltərədəki bir gəmiqayırma zavodundan strateji müdafiə qiymətləndirməsini başlatmağa hazırlaşır. Qiymətləndirmənin Böyük Britaniyanın NATO-nun Avropada birgə nüvə qarşısının alınmasına töhfəsinin genişləndirilməsini əhatə edəcəyi gözlənilir.

***

“The Sunday Times” qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Hili ABŞ ilə danışıqları şərh etməkdən imtina edib, lakin qeyd edib ki, Böyük Britaniya yeni təhlükə dövrünə uyğunlaşmalıdır.

Nazir Hili, "Dünya mütləq daha təhlükəli hala gəlir. Nüvə riskləri artır. Biz indi Soyuq müharibədən bəri ilk dəfə dövlət səviyyəsində münaqişə riskinin əhəmiyyətli dərəcədə artdığının şahidi oluruq”, – deyib.

“The Times”ın yazdığına görə, qiymətləndirmə həm də Böyük Britaniyanı müharibədən əvvəlki vəziyyətə salmaq, yenidən silahlanma ilə bağlı tövsiyələr vermək və müdafiə sənayesini canlandırmaq məqsədi daşıyır.

Yüksək səviyyəli mənbələrə görə, Böyük Britaniya bu kontekstdə “Lockheed Martin”in “F-35A Lightning” qırıcı təyyarələrini almağı düşünür. Bu yaxınlarda Almaniya Hərbi Hava Qüvvələri bu təyyarə üçün sifariş verib.

“F-35A” təyyarələri adi “F-35”lərdən daha uzundur və “B61” termonüvə qravitasiya bombasını daşıya bilir. Hesabatda digər təyyarə növlərinin də nəzərdən keçirilə biləcəyi qeyd edilib.

 





01.06.2025    çap et  çap et