Əsas kitab mağazalarından tutmuş məktəb kitabxanalarına qədər bu romanlar rus gənclərinin mədəniyyətinə tək, əsas mesajla aşılanır: döyüş, öl və xidmət et.
Ölkədə sürətlə yayılan təbliğat romanları səbəbindən Rusiya lideri Putin üçün döyüşən gənclərin sayı arta bilər. Bəs “Z ədəbiyyatı” gəncləri əsgərliyə necə həvəsləndirir?
***
Ukraynanın işğalını dəstəkləyən tanklarda və reklam lövhələrində yerləşdirilən “Z” simvolu ilə adlandırılan bu kitablar Rusiyanın zadəgan, müharibə vəziyyətində və nasist düşmənləri ilə əhatə olunduğu distopiya dünyasını təqdim edir.
Qəhrəmanlar təkcə cəsur əsgərlər kimi deyil, həm də şöhrət, qardaşlıq və Vladimir Putinin dirçələn Rusiyaya baxışı uğrunda canlarını qurban vermiş şəhidlər kimi təsvir ediliblər.
***
Nottingem Trent Universitetinin siyasi kommunikasiyalar üzrə mütəxəssisi Kolin Aleksandr “The Telegraph”a, “Dövlət gündəlik həyatın hərbiləşdirilmiş olduğu bir mədəniyyət yaratmağa çalışır. Bu, yaxşı vətəndaş, vətənpərvər və ya insan olmaq üçün müharibəyə getməli olduğu fikrini normallaşdırır, çünki Rusiya düşmənlərlə əhatə olunub", - Aleksandr deyib.
Bu romanlardan biri, Aleksey Sukonkinin “Polkovnik heç kimdir” romanı, həbsdən çıxandan sonra Vaqnerin muzdlu dəstəsinə qoşularaq məqsədini və xilasını tapan pərişan gəncin hekayəsindən bəhs edir.
Mesaj aydın görünür: itirilsəniz və ya hüquqlarınızdan məhrum olsanız, müharibə sizi bütöv edəcək.
Bu kitablar 2023-cü ildə ölümündən əvvəl Vaqnerin rəhbəri Yevgeni Priqojin tərəfindən dövlət televiziyasında müzakirə edilib, məktəblərdə yayılıb və hətta internetdə paylaşılıb.
***
Mütəxəssislərin fikrincə, bu tip nəşrlər daha böyük sistemin yalnız bir hissəsidir. Vətənpərvərlik tərbiyəsi proqramları, gənclərin hərbi klubları və sosial medianı dolduran müharibə tərəfdarı məzmunla sülh deyil, münaqişə üçün bir nəsil yetişdirilir.