Bu müqaviləyə əsasən Sovet İttifaqında amerikalı mütəxəssislərin rəhbərliyi altında amerikan layihələrinə əsasən 90 metallurgiya və ağır sənaye zavodu inşa ediləcəkdi.
1931-ci ilin fevralında İosif Stalin təsərrüfat rəhbərlərinin toplantısında ölkənin sənaye vəziyyəti və perspektivləri barədə acı reallığı dilə gətirir: “Biz qabaqcıl ölkələrdən 50–100 il geri qalırıq. Bu məsafəni 10 ilə keçməliyik. Ya bunu edəcəyik, ya da bizi əzəcəklər”.
Bu nəhəng layihələrdə iştirak etməyə ilk razılıq verən Albert Kan olur. O, XX əsrin ən məşhur sənaye memarlarından biri idi. Amerikanın Detroyt şəhərində yerləşən “Albert Kahn Incorporated” bürosunun qurucusu olan Kan “Fordun memarı” kimi tanınırdı, çünki Ford zavodlarının əksəriyyətinin layihələndirilməsində iştirak etmişdi.
1930-cu illərdə məhz Albert Kan Rusiyada sənayeləşmənin modernizasiya planını hazırladı. Onun rəhbərliyi altında “Qosproektstroy”da 25 amerikalı mühəndis işləməyə başlayır.
Amerikalılar Maqnitka (Maqnitoqorsk metallurgiya kombinatı), Uralmaş, Çelyabinsk və Stalinqrad Traktor Zavodları, Xarkov tank-traktor zavodu, Perm Aviasiya Motor Zavodu, Moskva avtomobil zavodu (AZLK), Qorki avtomobil zavodu (QAZ) kimi onlarla nəhəng sənaye müəssisələri inşa edərək istifadəyə verdilər.
Sadəcə “Albert Kahn Incorporated” bürosunun ərsəyə gətirdiyi zavodların müqavilələrinin qiyməti 2 milyard (indiki kursla 250 milyard dollar) idi. Amerikalılar bu illər ərzində 2 milyondan çox sovet mütəxəssis yetişdirdilər.
Bu faktiki olaraq SSRİ-ni labüd bir çöküşdən xilas etmək demək idi. Rus təbliğat maşını bu böyük zavodlar haqqında onlarla sənədli, bədii filmlər çəkdilər, səhnə əsərləri yazıb teatrallaşdırdılar, yüzlərlə musiqi, mahnı yazdılar. Ancaq...
Ancaq bunların bir dənəsində belə Amerikanın adı çəkilmədi, Albert Kan və digər amerikalı mühəndis və alimlərdən heç bəhs edilmədi. Bu sətirləri oxuyan dostlara soruşuram, bəs Siz necə, amerikalıların bu yardımı haqqında eşidibsinizmi?
1930-larda başlayan bu tarixi sənayeləşmə həmləsi heç bir tarix kitabında yer almadı, Sovet xalqı bundan xəbərsiz oldu.
Görəsən, tolstoyevskilər buna nə deyəcəklər?